Nuşirəvan Məhərrəmli: "Televiziya kanallarına güzəşt limitimiz bitib"
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziya kanallarında şou verilişlərinin bağlanmasına münasibət bildirib.
APA TV-nin məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər televiziya kanallarına edilən xəbərdarlıq öz nəticəsini verməyib: “Azərbaycan efirindəki bu sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq”.
N.Məhərrəmli deyib ki, televiziya kanallarına münasibətdə güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması işi davam edəcək.
Bu cür verilişlərin reytinqinə gəlincə, N.Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: “Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində hiprmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələ barədə düşünək”.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik