Ağdamda 25 yaşlı qız qoz ağacından yıxıldı
Ağdamın rayonu Alıbəyli qəsəbəsində 1990-cı il təvəllüdlü Əfsanə Qənbərova qoz ağacından yıxılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bədbəxt hadisə nəticəsində 25 yaşlı qızın beli sınıb.
Əfsanə Qənbərova dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, həkimlər ona bel şöbəsinin L1 fəqərəsinin kompression sınığı diaqnozu qoyub. Daha sonra valideynləri gənc qızın müalicəsini davam etdirmək məqsədilə Bakıdakı xəstəxanalardan birinə yerləşdirmək qərarına gəlib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik