Gəncədə sərxoş sürücü maşını tanınmaz vəziyyətə saldı
Gəncədə sürücü avtomobili dirəyə çırpıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Çingiz Həsənov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında olan işıq dirəyinə çırpıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Sürücünün sərxoş olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik