Bank Of Baku

Rusiya Suriyaya girdi, rubl bahalaşmağa başladı - RƏSMİ MƏZƏNNƏ

# 11:21
7 oktyabr 2015

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, Rusiya rublu həftənin əvvəlindən başlayaraq bahalaşma tendensiyasını yenə də qoruyur. Mərkəzi Bank 1000 Rusiya rublunun dəyərini 16 manat 50 qəpik olaraq müəyyənləşdirib.

 

Bir müddət ucuzlaşdıqdan sonra avro da bahalaşmağa başlayıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.1817 manatdır.

 

Bu həftə manat qarşısında cüzi də olsa, dəyər qazanan ABŞ dolları bu gün ucuzlaşıb. Mərkəzi Bank 1 dolların kursunu 1.0478 manat olaraq açıqlayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR