Bank Of Baku

Blatter FİFA prezidentliyindən kənarlaşdırıldı: növbədə Platinidir

# 10:14
8 oktyabr 2015

FİFA prezidenti Yozef Blatter 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. APA TV-nin məlumatına görə, bu barədə “Guardian” qəzeti xəbər yayıb.

 

FİFA prezidentinin müşaviri Klaus Ştelker Blatterin vəzifəsinin icrasından kənarlaşdırıldığını təsdiqləsə də, əlavə məlumat verməyib.

 

BBC-nin məlumatına görə, Blatterin vəzifəsindən kənarlaşdırılmasına dair son qərarı FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoahim Ekkert bu gün təsdiqləməlidir. 

 

Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.

 

Eyni aqibəti UEFA prezidenti Mişel Platini də yaşaya bilər. BBC-nin məlumatına görə, o da korrupsiya qalmaqalı ilə əlaqədar vəzifəsindən kənarlaşdırıla bilər. Belə ki, FİFA-nın etika üzrə Komitəsi qurumun rəhbəri Yozef Blaterri vəzifəsindən kənarlaşdırdıqdan sonra eyni cəzanı UEFA prezidenti üçün də tələb edib.

 

Xatırladaq ki, UEFA prezidenti Mişel Platinini 2002-ci ildə görülən işlərə görə FİFA-dan 2 milyon dollar aldığını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR