NATO baş katibi: "Türkiyəyə əlavə hərbi qüvvə göndərməyə hazırıq"
NATO baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyə sərhədlərini pozmasına münasibət bildirib.
APA TV-nin xəbərinə görə, baş katib alyansın Türkiyənin maraqlarını qoruyacağını vurğulayıb.
Yens Stoltenberq alyansın bütün müttəfiqlərinə qarşı yaranan təhdidi birbaşa NATO-ya qarşı təhlükə hesab etdiyini söyləyib. O, həmçinin alyansın Türkiyənin cənub sərhədlərinə əlavə hərbi qüvvə göndərməyə hazır olduqlarını deyib.
Rusiyanın Suriyadakı hərbi əməliyyatlarından narahat olduğunu qeyd edən Stoltenberq Kremlin Bəşər Əsəd rejiminə dəstək verməyi dayandırmalı olduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik