Rusiya İŞİD-in 8 dayaq məntəqəsini məhv etdi
Rusiyanın döyüş aviasiyası Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının 8 dayaq məntəqəsinə zərbələr endirib.
APA TV-nin məlumatına görə, nəticədə terrorçuların müdafiə istehkamları tamamilə dağıdılıb. Məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov da təsdiqləyib.
“Su-25 və Su-34 bombardmançı təyyarələri Homs əyalətində terrorçuların 8 dayaq məntəqəsinə zərbələr endirib. Atəş zərbələri nəticəsində silahlıların istehkamları tamamilə dağıdılıb”, - deyə general bildirib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik