Bank Of Baku

Fransanın qəhrəmanı olan amerikalı ölkəsində bıçaqlandı

# 10:40
9 oktyabr 2015

Amsterdam-Paris reysini həyata keçirən yüksək sürətli qatarda silahlı hücumun qarşısını  iki dostu ilə alan və qəhrəman elan edilən Spenser Ston ölkəsi ABŞ-da hücuma məruz qalıb.

 

APA TV-nin xəbərinə görə, göstərdiyi qəhrəmanlığa görə Fransa prezidenti Fransua Olland tərəfindən mükafatlandırılaraq qəhrəman elan edilən Ston doğulduğu Sakramentoda naməlum səbəbdən bıçaqlanıb.

 

Bədəninin bir neçə yerindən bıçaq zərbəsi alan Ston dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükənin olmadığını söyləyiblər. Amerika polisi faktla bağlı araşdırmalara başlayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR