Bank Of Baku

Hələbdə bazar partladıldı: 30 ölü

# 12:18
9 oktyabr 2015

Suriyanın Hələb şəhərindəki bazarların birində baş verən partlayış nəticəsində 30 nəfər hadisə yerində həyatını itirib.

 

APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, uzaqdan idarəolunan bomba yüklənmiş avtomobil bazarda park edilibmiş.

 

Partlayış zamanı yaralanan 15 nəfərdən vəziyyəti ağır olan 5 nəfər Türkiyənin Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Yerli mənbələr bomba yüklü maşınla edilən hücumu İŞİD-in törətdiyi barədə məlumat yayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR