Türkiyədə antiterror əməliyyatı: 12 PKK-lı məhv edildi
Türkiyə Hərbi Hava Qüvvələri ölkənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsi ərazisində antiterror əməliyyatı keçirib. APA TV-nin Türkiyə mətbuatında istinadən xəbərinə görə, əməliyyat zamanı 12 PKK terrorçusunun məhv edildiyi bildirilir.
"Əməliyyat nəticəsində terrorçulara aid hava hücumlarına qarşı raket kompleksi, beş düşərgə və silah anbarları məhv edilib", deyə Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir.
Bundan əlavə Suriya ərazisindən türk qırıcılarına qarşı atəş açıldığı da qeyd olunub. Türkiyə Müdafiə Nazirliyindən dərhal cavab tədbiri görüldüyü veyd olunub.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik