Rusiyada ticarət mərkəzinə girən ayı öldürüldü
Rusiyanın Xabarovsk şəhərində maraqlı hadisə baş verib. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, böyük bir ayı şəhərdəki ən iri ticarət mərkəzlərindən birinə girib.
Vəhşi heyvanın ora necə daxil olduğu bilinmir. Hadisə gecə saatlarında baş verdiyindən, ticarət mərkəzində heç kəs olmayıb. Ayı nərildəyərək binanın bütün ərazisini gəzib və bu görüntülər təhlükəsizlik kameralarına düşüb. Əyripəncə uzun müddət binadan çıxış yolunu axtarıb. Ayı sonda şüşələrdən birini pəncələri ilə sındıraraq oranı tərk edib.
Vəhşi heyvan yaxınlıqda yerləşən uşaq bağçasına tərəf gedib. Bundan sonra əraziyə gələn fövqəladə hallar idarəsinin əməkdaşları ayını güllələyiblər.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik