Bank Of Baku

Bakıda hava yağışlı və küləkli olacaq

# 13:18
14 oktyabr 2015

Oktyabrın 15-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin olacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 15-də arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

 

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR