İki "Mercedes" toqquşdu: 2 ölü, 5 yaralı
Sentyabrın 15-də axşam radələrində Hacıqabul rayonu, Padar kəndi ərazisində Bakı-Qazax yolunun 161-ci kilometrliyində dəhşətli qəza baş verib. "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər Bakı sakinləri 1986-cı il təvəllüdlü Kərəmov Emil Əkbər oğlu və 2004-cü il təvəllüdlü İsayev Tural Səbuhi oğlu hadisə yerində ölüb. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan, Hacıqabul və Kürdəmir xəstəxanalarına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerində FHN-nin xilasediciləri tərəfindən xüsusi alətlərdən istifadə olunmaqla sərnişinlərdən biri avtomobildən çıxarılb və təcili yardım xidmətinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib