Xətai sakini belindən bıçaqlandı - İNSİDENT
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 35 yaşlı Səlimxan Eyvazov rayonun Kazımağa Kərimov küçəsi, 17 ünvanında bıçaqlanıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər yaralının bel nahiyəsində bir bıçaq xəsarəti aşkarlayıblar.
Səlimxan Eyvazov tanışı tərəfindən bıçaqlandığını bildirib.
Hadisə barədə polisə məlumat verilib. Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik