Şirvanda 45 yaşlı kişi bıçaqlanıb
Şirvanda 45 yaşlı kişi bıçaqlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi ötən gün Şirvan şəhərində qeydə alınıb. Şirvan sakini, “Sürücülük yataqxanası”nda yaşayan 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Sonuncu daxilə nüfuz edən yara diaqnozu ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. O, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Cinayəti kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik