Türkiyənin vurduğu təyyarə Rusiya istehsalı olub - TƏSDİQLƏNDİ
"Türkiyənin vurduğu pilotsuz təyyarə Rusiyaya məxsusdur". APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ ekspertləri bu qənaətdədir.
"Moskva bunu təkzib edir, çünki rus aviasiyası Suriya ordusunun Hələb üzərinə hücuma keçməsi ərəfəsində faktı etiraf edə bilməz. Bu həm də Türkiyənin ruslara xəbərdarlığı kimi qəbul edilməlidir", deyə amerikalı ekspertlər bildiriblər.
Türkiyə rəsmiləri pilotsuz təyyarənin hansı ölkəyə məxsus olduğunu açıqlamırlar.
ABŞ kəşfiyyatının araşdırmalarına görə, həmin təyyarə Rusiyaya aiddir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbə pilotsuz təyyarənin "Orlan-10" tipli Rusiyanın Yüksək Texnologiya Mərkəzinin istehsalı olduğunu açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik