Ucarda ağır qəza: ölən var
Bakı-Qazax magistralının 235-ci kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, “VAZ-2107” markalı minik maşını yolun təmir gedən hissəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol nişanına, sonra "BYD" markalı minik maşınına çırpılıb, daha sonra isə aşıb.
“VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəsarət alıb. "BYD" markalı avtomobildə xəsarət alan olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin kimliyi aydınlaşdırılır. İlkin ehtimala görə, qəzaya “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik