Tovuzda oğurluq edən iki nəfər saxlanılıb
Tovuz rayonunda iki oğurluq faktının üstü açılıb. Tovuz Rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Dönük Qırıqlı kənd sakini, 1979-cu il təvəllüdlü Akif Qasımov saxlanılıb. O, yaşadığı kənddə mağazadan 350 manat pul, spirtli içki, siqaret və rəngli su oğurladığını etiraf edib.
Rayonun Əyyublu kəndində də oğurluq faktının üstü açılıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Cavanşir İbrahimov kənd ərazisindən bir neçə ədədə dəmir boru oğurlamaqda şübhəli bilinərək saxlanılıb. O, oğurluq faktını etiraf edib.
Hər iki fakt üzrə Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik