Bakıda yol polisindən qaçan “avtoş” qəza törətdi - HADİSƏ ANI
Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib. APA TV-nin məlumatına görə, yol polisi əməkdaşları "VAZ-21011" markalı avtomobili saxlamaq istəyiblər.
Lakin sürücü, 23 yaşlı Kamran Hüseynov polis əməkdaşlarının qanuni əmrinə tabe olmaqdan imtina edib və Niyazi küçəsi ilə "Azneft meydanı" istiqamətində hərəkətini davam etdirib. Dairədə idarəetməni itirən sürücü maşını ağaca çırpıb.
Qəzadan sonra sürücü Kamran Hüseynov və sərnişinlər - bir kişi, iki qadın maşından düşüb qaçmağa başlayıblar. Dənizkənarı Milli Parka qaçan sürücü və sərnişinlər bulvar idarəsinin mühafizəçilərinin yardınmı ilə saxlanılıb.
Sürücü qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən sürücü barəsində protokol tərtib olunub və o, cəzalandırılacaq.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik