Məktəbli atasının avtomobili ilə qəza törətdi
Gəncədə məktəblinin idarə etdiyi avtomobil ağaca çırpılıb. Hadisə bu gün səhər saatlarında şəhərin Mahrasa bağı adlanan yaşayış massivində 13 saylı binanın qarşısında baş verib. 18 yaşlı Azər Kazımov atasının "Mersedes" markalı avtomobilini yüksək sürətlə sürərkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpıb. Hadisə zamanı avtomobildə olan 19 yaşlı Elgün Məmmədov, 17 yaşlı Ayxan Səfərov və 17 yaşlı Fərman Hüseynov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Travmatologiya şöbəsinin müdiri Telman Feyzullayevin APA TV-yə bildirdiyinə görə, xəstəxanaya çatdırılan yaralıların xəsarəti ağır olsa da, onların həyatına təhlükə yoxdur.
Sürücü və digər bir sərnişinin yüngül xəsarət alıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib