Kürdəmirdə toqquşan maşınlar aşdı: 2 yaralı
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 55-ci km-liyində - Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini, 27 yaşlı Çingiz Kələntərovun idarə etdiyi şəkər tozu ilə yüklənmiş “KamAZ” markalı yük maşını ilə İmişli rayon sakini, 65 yaşlı Abosət Səfərovun idarə etdiyi “Opel” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü və sərnişini, 39 yaşlı Qaragilə Şıxalıyeva bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə baş verən zaman toqquşma güclü olduğundan, hər iki maşın yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik