Sumqayıtda müəmmalı qətl: baldız yeznəsini öldürdü
Sumqayıt şəhərində qətl törədilib. APA TV-nin Lent.az-a istinadən verdiyi məlumata görə, 17-ci mikrorayonda yerləşən mənzildə 1972-ciil təvəllüdlü Rəşad Babayev bıçaqlanaraq öldürülüb.
Ürək nahiyəsindən ağır xəsarət alan 43 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalar nəticəsində Rəşad Babayevin baldızı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanması məlum olub. Hadisəni törədən qadın artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik