Rusiya Suriyada ilk qurbanlarını verdi: 3 ölü, çoxlu yaralı
Suriyada üç rus hərbçisi öldürülüb. APA TV-nin məlumatına görə, onlar Suriyanın Latakiya vilayətində mərmi partlaması nəticəsində öldürülüblər. Bir neçə hərbçinin isə yaralandığı bildirilir.
Bu, 30 sentyabrdan - Moskvanın Suriya hökumətinə dəstək məqsədilə terrorçu qruplaşmalara aviazərbələr endirməyə başlamasından sonra ilk belə hadisədir. Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməkdən yayınıb.
Suriyalı hüquq müdafiəçisi Rami Əbdülrəhman ölən rusların sayının daha çox olduğunu istisna etməyib. O, ölən rusların hərbi qulluqçular deyil, könüllülər olduğunu söyləyib. Rəsmi mənbələr isə mərminin atıldığı zaman ərazidə 20-dən çox rus hərbçisinin olduğu barədə məlumat veriblər.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik