ABŞ İraqa xəbərdarlıq etdi: Əgər Rusiyadan dəstək istəsəniz...
ABŞ İraqa etdiyi yardımı dayandıra bilər. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, bunu Amerikanın Hərbi Hava Qüvvələrinin Qərargah rəhbərlərinin Ümumiləşdirilmiş Komitəsinin nümayəndəsi Cozef Danford bildirib.
"Mən artıq rəsmi Bağdada bəyan etmişəm ki, əgər ruslar İraq ərazilərində hərbi əməliyyatlara başlasa, bizim sizə köməyimiz kəsiləcək" - deyə o qeyd edib.
Amerikalı general İraqın baş naziri Hayder al-Abadi ilə görüşündə qeyd edib ki, ABŞ terrorçulara qarşı Rusiya ilə müttəfiq kimi mübarizə aparmayacaq. Cozef Danford İraqın Rusiyaya müraciət etmək istəməsi ilə bağlı yayılan məlumatlar ABŞ-ı narahat edir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik