Eldar Mahmudovun yüksək vəzifədə olan qohumu həbs edildi
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub.
“APA-Economics”in məlumatına görə, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb.
Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik