Xətaidə 34 yaşlı ananı maşın vurdu - ÖVLADININ GÖZÜ ÖNÜNDƏ
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Məhəmməd Hadı küçəsində piyada avtomobillə vurulub.
Metronun "Əhmədli" stansiyası istiqamətində hərəkətdə olan avtomobil azyaşlı övladı ilə yolu keçmək istəyən piyada, 34 yaşlı Xuraman Abbasovanı vurub. Nəticədə Xuraman Abbasova ağır xəsarətlər alıb.
Yaralı əvvəlcə Neyrocərrahiyyə Mərkəzinə çatdırılıb. Orada ilkin tibbi yardım alan Xuraman Abbasova daha sonra təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Həkim Loğman Məmmədovun sözlərinə görə, xəstədə çoxsaylı xəsarətlər aşkarlanıb: "O, reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasion tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Hazırda xəstənin vəziyyəti orta ağırlıqdadır".
Xuraman Abbasovanın azyaşlı övladı xəsarət almayıb. Hadisəni törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik