Türk balıqçılar Egey dənizində körpəni belə xilas etdilər - HADİSƏ YERİNDƏN
Türkiyə balıqçıları Egey dənizində yaşyarımlıq körpəni boğulmaqdan xilas ediblər. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, hadisə Quşadası sahillərində qeydə alınıb.
Körpəni xilasedici jiletdə aşkarlayıblar və əvvəlcə onun öldüyünü zənn ediblər. Daha sonra onun yaşadığı məlum olub.
Azyaşlının Egey vasitəsilə Avropaya keçən miqrantlardan birinin uşağı olduğu güman edilir.
Xatırladaq ki, 3 gün əvvəl ərazidə qaçqınları daşıyan iki qayıq çevrilib. Hadisə zamanı 2 nəfər ölüb, 16 nəfər itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik