Bank Of Baku

Bakıda daha iki polis bölməsinə yeni rəis təyin olundu

# 11:15
24 oktyabr 2015

Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

 

Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

 

Nazirin digər əmri ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

 

Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR