Xətaidə əməliyyat: Polis kapitanı güllələndi
Bakıda polis zabiti əməliyyat zamanı güllələnib. Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayevin APA TV-yə verdiyi açıqlamaya görə, hadisə bu gecə Xətai rayonu ərazisində baş verib. Üç polis əməkdaşı və bir çavuş şübhəli şəxs kimi axtarışda olan rayon sakinini saxlamaq istəyiblər. Əməliyyat zamanı həmin şəxs odlu silahdan əvvəl havaya, sonra polis əməkdaşlarına atəş açmağa başlayıb. Nəticədə adı açıqlanmayan polis kapitanı güllə yarası alıb. Yaralı zabit həmkarlarının köməyi ilə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Yaralı zabitin səhhətinin normal olduğu, həyatı üçün təhlükə olmadığı bildirilir. Polisə silahlı müqavimət göstərmiş şəxs saxlanılıb və hazırda Xətai rayon Polis İdarəsinin istintaq şöbəsindədir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik