MTN rəsmisi: Əməliyyat şəraitinə nəzarət olunur
“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.
Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur: “Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq