Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutdular
Erməni silahlı bölmələri Tərtərdə mülki vətəndaşları atəşə tutub.
APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, hadisə ötən gün qoşunların təmas xəttinin Tərtər rayonunun Qaradağlı kəndi istiqamətində qeydə alınıb.
Qaradağlı kəndinin atəşə tutulması nəticəsində dinc əhali arasında xəsarət alan olmasa da, kənd sakini Qabil Həmidovun traktoruna güllə dəyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Tərtər cəbhəsindəki təmas xəttində monitorinq zamanı da ermənilər atəşkəsi pozublar.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq