Ermənistan ərazisinə keçən azərbaycanlının məhkəməsi başlayır
Noyabrın 2-də Ermənistanın Lori vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikaylovun məhkəməsi keçiriləcək.
APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, iddiaya əsasən Faxralı kənd sakini, 35 yaşlı Turqay Mikayılov 2015-ci ilin 23 iyun tarixində, axşam saat 21:00 radələrində Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib.
Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Xatırladaq ki, Turqay Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında onun yolu azaraq, Ermənistanın Cücə kəndinə keçdiyini açıqlayıb. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi