Məşhur boksçu Sinan Şamil Sam vəfat etdi
Ağır çəkidə boks üzrə dünya çempionu, türkiyəli Sinan Şamil Sam vəfat edib.
APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək, Avropa çempionu olub. “Boğazın buğası” ləqəbi ilə tanınıb.
Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi