Suriyada keçid hökuməti qurula bilər: 8 saatlıq danışıqlar
Vyanada Suriya məsələsi üzrə danışıqların yekun nəticələri məlum olub. 8 saatlıq gərgin müzakirələrdən sonra danışıqlarda iştirak edən ölkələrin xarici işlər nazirləri tərəfindən yekun bəyannamə qəbul edilib. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, sözü gedən sənəddə tərəflər Suriyanın ərazi bütövlüyü və müstəqilliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Danışıqların iştirakçısı olan ölkələr suriyalıların hüquqlarının pozulmamasının vacibliyini önə çəkiblər. Müvafiq bəyannamədə bütövlükdə Suriya ərazisinə humanitar yardım çatdırılmasının vacibliyi xüsusilə vurğulanıb, İŞİD və digər terror təşkilatları üzərində qələbəyə nail olunması diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, tərəflər BMT-ni Suriya hökuməti ilə müxalifət nümayəndələri arasında keçid hökumətinin yaradılması ilə nəticələnəcək proses üzərində iş aparılmasına nail olmağa da çağırıblar. Yalnız bundan sonra ölkədə seçki keçirilməsinin mümkünlüyü bildirilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi