Bank Of Baku

Qəzaya uğrayan Rusiya təyyarəsində ölənlər arasında azərbaycanlılar yoxdur

# 14:58
31 oktyabr 2015

Rusiyanın “Life News” agentliyi Misirdə qəzaya uğramış “Koqolımavia” şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib. APA-nın məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.

 

Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində “qaynar xətt” yaradılıb.

 

Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

 

Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.

 

Qeyd edək ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR