Şirvan və Balakəndə seçici aktivliyi müşahidə olunur
46 saylı Şirvan Seçki Dairəsindən 6 nəfər, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən isə 7 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, seçkiləri Şirvanda 556, Hacıqabul-Kürdəmir Seçki Dairəsində isə 686 yerli müşahidəçi izləyir.
Seçkiləri “online” rejimdə izləmək üçün dairələr üzrə 12 və 8 məntəqəyə veb-kamera quraşdırılıb.
111 saylı Zaqatala-Balakən Seçki Dairəsində 44 seçki məntəqəsi üzrə (məntəqələrdən 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir) 45 979 nəfər seçici mövcuddur. Onlardan 361 nəfəri ilk dəfə səs verəcək. Dairənin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 520 yerli müşahidəçi seçki prosesini izləyir. DSK-da MDB müşahidə missiyasının Qazaxıstan Respublikasından olan nümayəndəsi seçkiləri üzləyir.
Qeyd edək ki, 109 saylı Balakən DSK-da 7 nəfər, 111 saylı saylı Zaqatala-Balakən DSK-da 6 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Hər iki dairədə seçici aktivliyi müşahidə olunur.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi