Bank Of Baku

Xaçmazda sərxoş “Shacman” sürücüsü qəza törətdi

# 13:00
3 noyabr 2015

Xaçmaz rayonunda yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə qəza törədib.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə Gəndob-Yalama yolunun Xanlıqoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 60 yaşlı Adil Əliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb.

 

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücüyə sağ diz və sol topuq oynağının qapalı sınığı, alkoqol sərxoşluğu diaqnozu qoyulub. Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR