Bank Of Baku

Sabunçuda evə basqın: naməlum şəxslər qadını bıçaqladılar

# 10:37
4 noyabr 2015

Ötən gecə Sabunçu rayonunda naməlum şəxslər evə daxil olaraq ev sahibini bıçaqlayıb.

 

APA TV-nin məlumatına görə, naməlum şəxslər Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan 40 yaşlı Aynurə Bərsail qızı Teymurovanın evinə daxil olublar.

 

Ev sahibi ilə naməlum şəxslər arasında mübahisə düşüb. Mübahisə zamanı çağırılmamış qonaqlar Aynurə Teymurovaya bıçaqla çoxsaylı zərbələr endirərək hadisə yerindən qaçıblar. Yaralı səs-küyə gələn qohumları tərəfindən xəstəxanaya çatdırılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən  şəxslərin axtarışı davam edir. Faktla əlaqədar Sabunçu Rayon Polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR