Xəzərdə itkin düşən balıqçıların axtarışına aviasiya cəlb olunub
Fövqəladə Hallar Nazirliyi Xaçmazda itkin düşən balıqçılarla bağlı məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, dünən səhər saatlarında Xaçmaz rayonu ərazisindən, 3 nəfər balıqçı dənizə çıxıb. Daha sonra onlarla əlaqə kəsilib. Axtarış ərazisi Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).
Ötən axşam havanın küləkli olduğu nəzərə alınaraq, bu gün səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə, FHN-in Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.
Qeyd edək ki, Xəzər dənizində itkin düşən balıqçılar Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi