Bank Of Baku

Natiq Məmmədov: "MSK-ya heç bir şikayət daxil olmayıb"

# 17:23
18 sentyabr 2013

"Seçki prosesi başlayandan Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”.

 

APA TV-nin məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, buna səbəb yaradılan şəraitin yüksək olması ilə bağlıdır. Seçki təşviqatına qoşulmaqla bağlı MSK-nı məlumatlandırmayan media orqanlarının bu prosesdə iştirak etməsinə münasibət bildirən Natiq Məmmədov deyib ki,  onda bu cür faktlarla bağlı məlumat yoxdur.

 

Natiq Məmmədovun sözlərinə görə, hazırda Komissiyadan 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib . Eyni zamanda prezident seçkilərini izləmək istəyən beynəlxalq təşkilatların müşahidə missiyaları da fəaliyyətə başlayıb.

 

MSK-nın Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması barədə qərarı qanuna uyğun şəkildə verdiyini xatırladan MSK katibi dedi ki, onların məhkəmə və digər orqanlara müraciət etmək hüquqları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR