Bank Of Baku

"Fənərbaxça" və "Beşiktaş"dan heç-heçə - QOLLAR

# 11:20
6 noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Türkiyə klubları da qalib gələ bilməyiblər.

 

APA TV-nin məlumatına görə, "Ayaks"ın qonağı olan "Fənərbaxça" səfərdən qolsuz heç-heçə ilə qayıdıb.


Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"i qəbul edən "Beşiktaş" isə  rəqibi ilə bərabərə qalıb - 1:1. Hesabı oyunun ikinci yarısında "Beşiktaş" açıb. Komandasını fərqləndirən futbolçu isə Quareşma olub.

 

Rusiya klubunun cavabı gecikməyib. 76-cı dəqiqədə Oumar Niasse bərabərlik qolunu vurub. Oyunda başqa qol olmayıb və matç bu hesabla bitib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR