Hacıqabulda "Niva" aşdı: 1 ölü, 3 yaralı
Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 5-də 23.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1977-ci il təvəllüdlü Qabil Güləli oğlu Rəhimov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Avtomobildə olan sərnişinlər - Quba rayonunun Qarxun kənd sakini, 1989-cu il təvəllüdlü Mətləb Səfərbala oğlu Fərəcov, Quba rayonunun Adur kənd sakini, 1978-ci il təvəllüdlü Sahib Nəsrulla oğlu Həsənov və Şirvan sakini, 1981-ci il təvəllüdlü Afaq Hacı qızı Orucova müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi