Oktyabrda Azərbaycan sərhədçiləri axtarışda olan 328 nəfəri saxlayıb
2015-ci ilin oktyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 27 nəfəri Azərbaycan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
18 oktyabr tarixində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sahildən 8,3 mil məsafədə balıq ovunda istifadə olunan buyun lövbər ipinə bərkidilmiş 2 bağlamada 2 kiloqram tiryək və 1 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi