Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini nə vaxt təsdiqləyəcək? - AÇIQLAMA
Konstitusiya Məhkəməsi noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
APA TV-nin məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, qurum bu təcrübəni bir neçə dəfə keçib:
“Mərkəzi Seçki Komissiyası qanuna əsasən səsvermə günündən sonra 20 gün müddətində yekun qərarını verir və bundan sonra sənədlər Konstitusiya Məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsi qanunda nəzərdə tutulan 10 gün müddətində öz qərarını verəcək və bundan sonra Milli Məclis ilk iclasına başlayacaq”.
F. Abdullayev deyib ki, seçkilərlə bağlı sənədlər hazırda Mərkəzi Seçki Komissiyasındadır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi