Rusiya təyyarələri üçün 47 ölkəyə uçuşlar təhlükəli hesab edildi - AZƏRBAYCAN DA VAR
Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib.
APA-nın məlumatına görə, bu barədə Rusiyanın “İnterfax” agentliyi yerli aviaşirkətlərindən birinə istinadən xəbər yayıb.
Tövsiyədə bildirilir ki, Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka kimi ölkələrə mütəmadi, tranzit və çarter reysləri zamanı yüksək səviyyədə bütün aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.
Aviaşirkətlərə həmçinin uçuş zamanı zəruri olan quru qida, içməli su ehtiyatları ilə uçuş həyata keçirmək, öz texniki heyətləri tərəfindən texniki baxışdan keçirilmək tövsiyə edilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi