Bank Of Baku

Millimiz Moldovanı məğlub etdi (QOLLAR)

# 10:37
18 noyabr 2015

Ötən gün Azərbaycan millisi növbəti oyununu keçirib. APA TV-nin məlumatına görə, bu qarşılaşma millimizin Robert Prosineçkinin rəhbərliyi altında evdə keçirilən ilk yoxlama matçı olub.

 

Sonuncu dəfə 8 ay əvvəl Maltanı 2:0 hesabı ilə məğlub edən komandamız 6 matçlıq qələbə həsrətini bu oyunda sonlandırıb. Bu, həm də yığmamızın Olimpiya Stadionunda keçirdiyi ikinci matçında ilk qələbəsi olub.

 

32-ci dəqiqədə Katalin Karpın avtoqolu ilə yığmamız hesabda irəli keçib. 44-cü dəqiqədə Aleksandr Antonyuk hesabı bərabərləşdirib. İkinci hissədə Ağabala Ramazanovun vurduğu qolla millimiz hesabda önə çıxıb.

 

Oyunda başqa qol olmayıb və bununla da Robert Prosineçkinin yetirmələri ili qələbə ilə başa vurublar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR