Bakıda dələduz “general” axtarışa verildi
Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.
Polisdən həmçinin bildirilib ki, Manaf Nadirov Bakıda “general” ləqəbi ilə tanınır. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi