Yunanıstanda güclü zəlzələ: ölənlər və dağıntılar var
Yunanıstanın Levkada adasında zəlzələ baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, yeraltı təkanlar 6,1 bal gücündə olub.
Zəlzələ nəticəsində iki qadın ölüb, 8 nəfər yaralanıb. Ölən qadınlardan biri uçan evin dağıntıları altında qalıb, digərinin üzərinə isə qaya parçası düşüb.
Zəlzələnin episentri İoni dənizində Nidra şəhərindən 14 kilometr aralıda, yerin 11 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar 20 dəfə təkrarlanıb. Levkada adasında yollar bağlanıb, yaxınlıqdakı adalarda isə sürüşmələr əmələ gəlib, yaşayış binaları dağılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi