London polisi sahibsiz avtomobili partlatdı
London polisi şəhərin mərkəzində atılmış sahibsiz avtomobili partladıb.
APA TV-nin TASS-a istinadən xəbərinə görə, hadisə "Beyker Strit" metro stansiyasının yaxınlığında baş verib.
Yolun ortasında atılmış və qəza işıqları yanıb-sönən avtomobil polisin diqqətini cəlb edib. Ətrafdakı insanlar təxliyə olunduqdan sonra polis əməkdaşları yoxlayıcı partlayış törədiblər.
London polisindən bildirilib ki, partlayış terror təhlükəsi ilə bağlı olmayıb və sonrakı araşdırmalara ehtiyac görmür.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi