Gələn həftədən "Jurnalistlər binası"ndakı mənzillərə çıxarışlar veriləcək
"Jurnalistlər binası"ndakı mənzillərə çıxarışların verilməsinə gələn həftədən başlanacaq.
"APA-Economics"in xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.
"Müvafiq sənədlər hazırlanacaq və "Kütləvi çıxarış" kampaniyası çərçivəsində çıxarışların verilməsinə başlanacaq. Bildiyiniz kimi, bu kampaniya ölkənin bütün regionlarını əhatə edir, hazırda isə proses Bakı rayonlarında gedir", - deyə R. Cəlilov bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi